Əfqanıstanda namaz zamanı partlayış: Ölən və yaralananlar var

 17:16 30.11.2022     183

Əfqanıstanda məktəbə bombalı hücum olub.

Redaktor.az "TRT HABER"ə istinadla xəbər verir ki, Əfqanıstanın Aybak şəhərində məktəbə bombalı hücum nəticəsində 15 nəfər həyatını itirib, 27 nəfər isə yaralanıb.

Məlumata görə, partlayış namaz zamanı baş verib. Hadisə yerinə təhlükəsizlik qrupları və təcili yardım maşınları göndərilib.

Hələlik heç kim partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Həmidə İbrahimova