Almaniya Ukrayna əsgərlərinə təlim keçəcək

 18:31 30.11.2022     326

Almaniya 2023-cü ilin yayına qədər 5000 Ukrayna əsgərinə təlim keçəcəyini bildirib.

Redaktor.az "The Guardian"a istinadla xəbər verir ki, bunu Almaniya müdafiə naziri Kristina Lambrext Berlin təhlükəsizlik konfransında deyib.

"Almaniya Ukraynaya silah tədarükünün vacibliyini anlayır və Kiyev hökumətinə dəstək vermək üçün işləyir",- deyə o qeyd edib.

Həmidə İbrahimova