Rusiyada bu məkanlarda mitinqlər qadağan edildi

 19:27 30.11.2022     231

Rusiya Federasiya Şurası müəyyən obyektlərin yaxınlığında mitinqlərin keçirilməsini qadağan edən qanunu təsdiqləyib.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, dövlət orqanlarının binalarında və onlara bitişik ərazilərdə, kilsə və digər tikililərin yerləşdiyi torpaq sahələrində, hava limanlarında, dəmir yolu və avtovağzallarda, limanlarda, binalarda, universitetlərin ərazisində, o cümlədən məktəb və xəstəxanalarda mitinqlərin keçirilməsi qadağan edildi.

Bundan başqa elektrik, istilik, su və qaz şəbəkələrinin fəaliyyətini təmin edən obyektlərin yaxınlığında da insanların yığışmasına da icazə verilmir.

Qanunda həmçinin bildirilir ki, hər bir bölgə əlavə olaraq toplantı, mitinq və nümayişlərə öz yerli qadağalarını qoya bilər.

Tunar Altunbay