Ermənistanın sentyabr döyüşlərində 233 hərbçisi məhv edilib – SON STATİSTİKA

 23:55 30.11.2022     167

Sentyabrın 12-14-də Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi təxribat nəticəsində məhv edilən hərbçiləri ilə bağlı yeni statistika açıqlanıb.

Redaktor.az Ermənistan mediasına istinadla bildirir ki, bu haqda “Mənim şərəfim var” parlament fraksiyasının deputatı Tiqran Abraamyan məlumat verib. O, özünün “Facebook” səhifəsində həmin təxribar zamanı Ermənistanın itkilərinin sayının 233-ə çatdığını bildirib. 

“Azərbaycan sonuncu dəfə 13 hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib, hazırda şəxsiyyətləri müəyyənləşdirilir.

Hakimiyyət orqanları daha əvvəl 16 hərbçinin itkin düşdüyü barədə məlumat vermişdi, yəni hazırda üç hərbçinin taleyi məlum deyil”, - o, yazıb.