Putin onlara xaricə getməyi qadağan etdi

 06:58 01.12.2022     244

Rusiya prezident administrasiyasının bütün kişi işçilərinə xaricə ezamiyyətə çıxmaq müvəqqəti olaraq qadağan edilib.

Redaktor.az "Baza" teleqram kanalına istinadla xəbər verir ki, qadağa “səfərbərlik haqqında xüsusi sərəncam” dərc olunana qədər qüvvədə olacaq.

Hazırda prezident administrasiyasından yalnız qadınların xaricə ezamiyyətinə icazə verilir. Əvvəllər sadəcə arzuolunmaz olan xarici məzuniyyətlər isə indi qadağan edilib.

Bildirilir ki, bu, “profilaktik tədbir” ola bilər. Belə ki, təsdiqlənməmiş məlumatlara görə, MDB ölkələrindən birində ezamiyyətdə olarkən PA idarələrdən birinin əməkdaşı “qaçıb”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident administrasiyasının əməkdaşlarının xaricə ezamiyyətə və məzuniyyətə getməsinə müvəqqəti qadağa qoyulması barədə məlumatı təkzib edib.

Tunar Altunbay