İran millisinin ABŞ-a uduzmasına sevinəni polis öldürdü

 12:38 01.12.2022     361

İranın Bəndər-Ənzəli şəhərində 27 yaşlı Mehran Samak adlı gənc milli komandanın 2022-ci il Dünya Çempionatında çıxışını dayandırmasına sevindiyi üçün öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə "BBC" Osloda yerləşən “Iran Human Rights” təşkilatına istinadən məlumat yayıb.

Bildirilib ki, hökumət əleyhinə etirazlar zamanı həmin şəxs İran millisinin qrup mərhələsinin üçüncü turunda ABŞ-a uduzmasını avtomobili idarə edən zaman sevinərək siqnal verməklə qeyd edib. Hüquq-mühafizə orqanlarının noyabrın 29-da M.Samakinə atəş açması nəticəsində başından aldığı yaradan ölüb. Onun dəfn mərasimi zamanı hökumət əleyhinə şüarlar səsləndirilib.

Vumart və Güvən reklamı Vumart Güvən