“Fransa və ABŞ ATƏT-in Minsk qrupunu dəfn etdi” - Lavrov

 14:08 01.12.2022     630

“ATƏT-in Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”, Rusiyanın bu məsələyə heç bir aidiyyatı yoxdur”.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

"ATƏT-in Minsk qrupu bir vaxtlar yaradılanda məqsəd bölgədə təsir gücünə malik olan, rəsmi İrəvana və Bakıya siqnal göndərə biləcək dövlətləri birləşdirmək idi. Həmin vaxt Rusiya və ABŞ-ın həmsədrliyi ilə işləmək barədə razılıq əldə olunmuşdu, daha sonra Fransa da bu ikiliyə qatıldı", - nazir deyib.

Vumart və Güvən reklamı Vumart Güvən