Lavrovdan amerikalı jurnalistə: "Rusiya heç vaxt təmaslardan yayınmır"

 15:12 01.12.2022     412

Rusiya rəhbərliyi heç vaxt xarici liderlərlə təmaslardan yayınmır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Avropa təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında görüş ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

"Biz bir neçə dəfə danışdıq, o cümlədən Putinin özü və mən dedim ki, biz heç vaxt əlaqələrimizi kəsmirik. Məhz o zaman Şolz (Almaniya kansleri Olaf Şolz - red.) gəlmək istədi - dedik zəhmət olmasa, gəlin. Makron (Fransa Prezidenti Emmanuel Makron - red.) gəlmək istədi - dedik zəhmət olmasa, gəlin. Telefon zəngi edin - telefon danışığı istəyən hər kəs belə bir fürsət əldə edir və prezidentimiz hər kəslə vaxt məhdudiyyəti olmadan ünsiyyət qurur”, - Lavrov amerikalı jurnalistin verdiyi suala cavab olaraq bildirib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən