Ermənistandakı təyyarə qəzasının təfərrüatları - YENİLƏNİB
Ermənistan Fövqəladə Hallar Nazirliyi Kotayk vilayətində "B55" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Rusiya vətəndaşları ilə bağlı təfərrüatları təqdim edib.
Redaktor.az "Sputnik Ermənistan" istinadla bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyanın sosial şəbəkələrdə məlumat yayıb.
Məlumata görə, ölənlərin hər ikisi də pilotdur.
İnsidentin ilkin səbəbi kimi əlverişsiz hava şəraiti - qalın duman fonunda görmə qabiliyyətinin azalması və kifayət qədər kobud relyefin olması göstərilir.
Qeyd edək ki, özəl təyyarə Slovakiyada qeydiyyatdadır.
***
Ermənistanın Kotayk (Ellər) rayonunun Craber kəndi ərazisində yüngül ikimühərrikli "B55" təyyarəsi qəzaya uğrayıb.
bu barədə sözügedən ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin iki döyüş briqadası, üç xilasedici briqadası və xüsusi işçi qrupu göndərilib.
Qəza yerində iki yanmış cəsəd tapılıb.
İLTİFAT












