Lavrov çeçen və buryatlara görə Roma Papasına etiraz etdi

 17:22 01.12.2022     297

Roma Papası Fransiskin çeçenlər və buryatların Ukrayna ərazisində xüsusi əməliyyatda iştirak etməsi ilə bağlı iddiaları Vatikanın nüfuzunu artırmır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi Avropa təhlükəsizliyi ilə bağlı mətbuat konfransında deyib.

"Bu yaxınlarda Rusiya Federasiyasının xristian olmayan iki millətini hərbi əməliyyatlar zamanı vəhşilik edən kateqoriyaya ayıraraq, çox anlaşılmaz bir bəyanat verildi. Təbii ki, biz - Buryatiya, Çeçenistan Respublikası reaksiya verdik. Bu, Müqəddəs Taxt-Tacın işinə və nüfuzuna kömək etmir".

Qeyd edək ki, bundan əvvəl Roma Papası Fransisk Amerika mediasına müsahibəsində çeçenləri və buryatları “Ukraynadakı rus qoşunlarının ən qəddar hissəsi” adlandırmışdı.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən