Putindən əhaliyə çağırış: "Rusiya malları alın"
Rusiya Prezidenti Vladimir Putin yerli istehsalçıları dəstəkləyib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı cümə axşamı Gənc Alimlərin II Konqresinin iştirakçıları ilə görüşündə deyib.
“Mən həmişə bunu deyirəm, bir daha təkrar edəcəyəm: Rusiya malları alın”, - Putin çağırış edib.
Putin həmçinin görüş iştirakçılarından birinin elmi alətlər və məsrəf materialları istehsalçılarına investisiya vergisi endiriminin uzadılması təklifini dəyərləndirəcəyini vəd edib.
"Biz danışa bilərik. Hesab edirəm ki, Maliyyə Nazirliyi dəli olmayacaq, o qədər də çox pul deyil. Biz hökumətlə mütləq danışacağıq, sizin ideyanız tamamilə düzgündür", - dövlət başçısı bildirib.
T.İSMAYIL












