"ABŞ və NATO Ukraynadakı müharibədə iştirak edir" - Lavrov

 18:31 01.12.2022     300

ABŞ və NATO Ukraynadakı münaqişədə bilavasitə iştirak edir, silah-sursat verir və hərbi kadrlar hazırlayır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında deyib.

“Biz (Ukraynada) sizə (Qərb -red.) rusları öldürmək üçün Ukraynaya ölümcül silahlar vurmağa imkan verən enerji obyektlərini sıradan çıxarırıq, ona görə də ABŞ və NATO-nun bu müharibədə iştirak etmədiyini söyləmək lazım deyil. Onlar bilavasitə təkcə silah tədarükü ilə deyil, həm də hərbi personalın təlimi ilə məşğul olur”, - deyə o, jurnalistin sualını cavablandırarkən bildirib.

Lavrovun sözlərinə görə, hərbi təlimlər Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə həyata keçirilir. “Öz ərazilərində təlim keçməkdən əlavə, yüzlərlə Qərb təlimatçısı birbaşa yerlərdə işləyir və ukraynalılara verilən silahların necə atəş açdığını göstərir”, - nazir bildirib.

"Söhbət həm də Ukraynaya çoxlu sayda muzdluların göndərilməsi və Ukrayna ordusunun məqsədlərini müəyyən etmək üçün kəşfiyyatdan gedir", Rusiya XİN rəhbəri əlavə edib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən