Litva rus diplomatı "persona non-grata" elan etdi
Litva Xarici İşlər Nazirliyi Rusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşlarından birini "persona non grata" elan edib.
Redaktor.az TASS-a istinadla bildirir ki, səfirliyin əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlə əlaqədar arzuolunmaz elan edilib.
Diplomatik nümayəndəliyin adı açıqlanmayan əməkdaşına beş gün ərzində Litva ərazisini tərk etmək əmri verilib.
Rusiya səfirliyi TASS-a diplomatik missiyanın nümayəndəsinin respublikanın Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib, lakin əlavə şərh verməkdən yayınıb.
Tunar Altunbay












