Putin müharibəyə şamanları göndərir

 09:37 02.12.2022     401

Rusiyanın Ukraynaya qarşı müharibəsində daha çox itki verən  Buryatiyadan işğalçılar üçün şamanların olduğu yurdlar göndəriləcək. Belə yardımı Donetsk vilayətinin Starobeshevski rayonunda olan hərbçilər alacaq.

Redaktor.az "Sibir.Realii" nəşrinə istinadən xəbər verir ki, "Hun" fondunun nümayəndələri hərbçilər üçün yurd gətirəcəklər. Buryat hərbçilər  şaman ayinindən keçib dincələ biləcəklər. Qeyd olunur ki, üç belə yurd Donbassda işğalçılara təhvil veriləcək.

Fondun rəhbəri Oleq Bulutov qeyd edib ki, rituallarla yanaşı, şamanlar yurdlarda yaralı ruslara köməklik göstərə biləcəklər. Belə “nöqtələrin” döyüş zonasının bilavasitə yaxınlığında quraşdırılması planlaşdırılır.

"Niyə yurd? Bu rahatdır: onu həmişə tez açmaq və ya arxaya bükmək və daşımaq olar və orada şaman ayinləri yerinə yetirilə bilər. Yalnız şamanlar, məsələn, ruhu qaytara bilər. Şamanlar insanı tez bir zamanda bərpa etmək qabiliyyətinə malikdir, və ya zədələnibsə, beyin sarsıntısı olubsa, o zaman baryaşinlər (xiropraktorlar) dərhal onurğa sütununu düzəltməyə kömək edə və ya yerində nəsə edə bilər”, - Bulutov vurğulayıb.

Həmidə İbrahimova 

Vumart və Güvən reklamı Vumart Güvən