Məşhur astroloqdan ukraynalılara çağırış: Böyük şəhərləri tərk edin!

 10:17 02.12.2022     418

Məşhur astroloq Dmitri Uran ukraynalıları təcili olaraq böyük şəhərləri tərk etməyə çağırıb.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, astroloq Dmitri Uran bu çağırışı yerli radiolardan birinə müsahibəsi zamanı edib.

Onun sözlərinə görə, Rusiya bununla hələ dayanmayacaq.

“O, Ukraynanı bombalamağa davam edəcək, buna görə də ölkəmizin sakinləri təcili olaraq böyük şəhərləri tərk etməlidirlər”,- deyə astroloq bildirib.

Astroloqun fikrincə, 2023-cü il yanvarın 1-ə yaxın tarix çox simvolikdir. Bu tarixdən Ukraynada insanlar üçün maksimum əziyyət dövrü olacaq.

Həmidə İbrahimova

 

Vumart və Güvən reklamı Vumart Güvən