Mask daha bir məşhurun tviter səhifəsini BAĞLAYACAQ

 10:43 02.12.2022     313

Elon Mask məşhur reper Kanye Vestin tviter səhifəsini bağlayacaq. 

Redaktor.az xəbər verir ki, Mask bu barədə öz tviter səhifəsində yazıb. Onun sözlərinə görə, buna səbəb reperin zorakılığa çağırışla bağlı qaydaları yenidən pozmasıdır. 

"Mən əlimdən gələni etməyə çalışdım. Buna baxmayaraq o, zorakılığa çağırışla bağlı qaydamızı yenidən pozdu. Hesab bağlanılacaq", - deyə o bildirib.

Xatırladaq ki, bundan öncə milyarder keçmiş sevgilisi Amber Heardın da hesabını silib.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən