Saakaşvili siyasətdən getdi - Anası AÇIQLADI
“Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili artıq Gürcüstanın siyasi həyatında iştirak etmək niyyətində deyil”.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Saakaşvilinin anası Giuli Alasaniyanın keçmiş prezidentin feysbuk səhifəsində dərc edilən bəyanatında deyilir.
O, qeyd edib ki, oğlu vəkillərinin əvvəllər danışdıqları zəhərlənmə ehtimalına görə Gürcüstan hakimiyyətini günahlandırmır.
Xatırladaq ki, Mixail Saakaşvili Gürcüstanda həbsdədir.












