Ərdoğan seçkiyə Azərbaycan mahnısı ilə gedir - VİDEO

 15:11 02.12.2022     723

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki kampaniyasındakı mahnısı “Çırpınırdı Qara dəniz” olacaq.

Redaktor.az "Yeni Şafak"a istinadən xəbər verir ki, bu barədə AKP-nin nümayəndəsi Osman Nuri Kabaktəpə açıqlama verib.

O bildirib ki, mahnının klipi təqdim edilib.

"#2023YolundaBiriz" həştəqli paylaşımında Kabaktəpəli "Bu mahnı millətin öz liderinə olan sevgisinin adıdır" ifadəsini işlədib.

Qeyd edək ki, “Çırpınırdı Qara dəniz” mahnısının sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə məxsusdur.

Mahnıya hazırlanan klip sosial şəbəkədə böyük rəğbət qazanıb.

Tunar Altnbay

Vumart və Güvən reklamı Vumart Güvən