Macarıstan Ukraynaya 18 milyard avro ayrılmasına veto qoydu

 19:08 02.12.2022     428

Budapeşt Avropa İttifaqının 2023-cü ildə Ukraynaya 18 milyard avro yardım ayırmaq planını dəstəkləməkdən imtina edir.

Redaktor.az UNİAN-a istinadən bildirir ki, Macarıstanın baş naziri Viktor Orban Kiyevin təkcə Rusiya Federasiyasının hərbi təcavüzündən qorunmaq üçün vəsait almasından narazıdır.

"Biz bu məqsədlə Aİ-nin ümumi kreditinin alınmasının tərəfdarı deyilik. Çünki biz Aİ-nin ümumi borcları olan dövlətlər birliyinə çevrilməsini istəmirik. Dövlətlər birliyindən "borclular cəmiyyəti"nə çevrilməyə ehtiyac yoxdur. Bu, Adətən borclarını ödəyə bilməyən Macarıstan deyil, digər ölkələrdir. Biz təkcə Ukrayna ilə bağlı deyil, digər hallarda da Aİ-nin birgə borclanmasını dəstəkləmirik”, - deyə Orban bildirib..

Eyni zamanda o, təklif edib ki, hər bir Avropa dövləti öz büdcəsindən Ukrayna üçün pul ayırsın və bununla da xərcləri bölüşsün.

"Biz lazımi pulu ehtiyatda saxlamışıq və onu 2023-cü ildə Ukraynaya verəcəyik. Əgər Qərb sülhə can atsaydı, o zaman bu xərclər olmazdı, ya da o qədər də böyük olmazdı. Amma hələ ki, Macarıstan lazımsız yerə məcburdur, amma başa düşür. Ukraynanı dəstəkləmək lazımdır” – Macarıstanın baş naziri deyib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən