Ukraynanın Madriddəki səfirliyinin binasını mühasirəyə alınıb
İspaniya polisi Madriddəki Ukrayna səfirliyinin binasını yenidən mühasirəyə alıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Radio y Television Espanol” teleradio şirkəti məlumat yayıb.
Xatırladaq ki, bu günlərdə Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib.
Səfirə ünvanlanmış və içərisində əldəqayırma bomba olan məktubu diplomatik nümayəndəlik rəsmisi açmışdı.












