Dünya əhalisinin 90%-də immunitet yaranıb - ÜST

 21:45 02.12.2022     441

Dünya əhalisinin azı 90%-də COVID-19 virusuna qarşı immunitet yaranıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Gebreyesus bildirib.

O qeyd edib ki, immunitet insanların əvvəl yoluxması və ya peyvənd nəticəsində formalaşıb.

ÜST-nin baş direktorunun məlumatına görə, noyabrın 21-27-də COVID-19-dan 8,5 mindən çox insan dünyasını dəyişib (modern.az).

Vumart və Güvən reklamı Vumart Güvən