Fövqəladə vəziyyət hələ ləğv edilməyəcək - ÜST rəhbəri

 19:40 03.12.2022     524

2020-ci ildən bəri COVID-19-la bağlı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin ləğvi vaxtı hələ gəlib çatmayıb.

Redaktor.az xəbər verir ki, xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Biz pandemiyanın fövqəladə fazasının bitdiyini söyləməyə daha yaxınıq, lakin hələ ona çatmamışıq", - deyə ÜST rəhbəri vurğulayıb.

"Müşahidədə, testləşmədə, sekvenləşdirmədə və vaksinasiyadakı boşluqlar koronavirusun narahatlıq doğuran yeni variantının ortaya çıxması üçün əla şərait yaratmağa davam edir", - baş direktor xəbərdarlıq edib.

Vumart və Güvən reklamı Vumart Güvən