Türkiyə ilk pilotsuz qırıcısını havaya qaldırdı - VİDEO

 21:38 03.12.2022     293

Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi "Kızılelma" pilotsuz döyüş təyyarəsi ilk dəfə uçuş-enmə zolağından havaya qalxıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar məlumat yayıb.

Hazırda sınaq prosesi davam edən "Kızılelma"nın ilk uçuşunun 2023-cü ildə reallaşacağı açıqlanıb.

Qeyd edək ki, 14.7 metr uzunluğunda olan pilotsuz qırıcı 1500 kiloqrama qədər silah və raketlər daşıya bilir.