Azərbaycan-Türkiyə-Türkmənistan zirvə görüşünün vaxtı məlum oldu

 22:35 03.12.2022     300

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdımuhəmmədovun iştirakı ilə üçtərəfli zirvə görüşü Türkmənistanın Avaza turizm zonasında (Türkmənbaşı şəh.) 13-14 dekabr tarixlərində keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Türkmənistan Televiziyası məlumat verib.

Bildirilib ki, Türkmənistan prezidenti tədbirlə bağlı müvafiq sərəncam imzalayıb. Tədbirin yüksək səviyyədə keçirilməsi Prezident Aparatına və XİN-ə həvalə olunub.