Putin Donbasa səfər edəcək 

 23:59 03.12.2022     262

Rusiya Prezidenti Vladimir Putin Donbasa səfər edəcək, lakin səfərin dəqiq tarixi hələ məlum deyil.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin zamanı gələndə bölgəyə səfər edəcək.

“Zamanı çatanda bu, baş verəcək, bura Rusiya Federasiyasının bir bölgəsidir”, - deyə Peskov vurğulayıb.