İranda daha 4 "İsrail agenti" edam edildi

 12:28 04.12.2022     320

İranda İsrail kəşfiyyatı ilə əməkdaşlıqda təqsirli bilinən 4 nəfərə qarşı edam hökmü bazar günü icra edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

“Bu səhər sionist kəşfiyyat xidməti ilə əlaqəli olan qrupun dörd əsas üzvünə qarşı hökmlər icra edilib”, - açıqlamada bildirilib.

Daha üç təqsirli bilinən şəxs beş ildən on ilədək həbs cəzası alıb. Onlar İranın milli təhlükəsizliyinə zərbə vurmaqda, adam oğurluğunda şərik olmaqda, qanunsuz silah saxlamaqda, İranın nüvə obyektlərində təxribat, o cümlədən iranlı alimləri qətlə yetirməkdə təşkilatçılıqda ittiham olunublar.