İran etirazları yatırmaq üçün Rusiyadan kömək istədi

 19:40 04.12.2022     276

İran etirazları yatırmaq üçün Rusiyadan yardım istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə mərkəzi Londonda yerləşən "Iran International" nəşri məlumat yayıb.

Nəşr hakerlərin əldə etdiyi məlumatlara istinad edərək bildirir ki, Tehran Moskvadan etirazların yatırılmasına kömək etməsi üçün xüsusi müşavirlər göndərməsini xahiş edib.

Qeyd olunur ki, Tehran uzunmüddətli nümayişlərə hazırlaşır və öz resurslarından - canlı qüvvə və texnikasının kifayət etməyəcəyindən narahatdır.

Xatırladaq ki, ABŞ bundan əvvəl Rusiyanın İrana kütləvi etirazların yatırılması ilə bağlı məsləhət verə biləcəyini bildirib.