Namaz qılan insanlara atəş açıldı - 12 nəfər öldü

 20:10 04.12.2022     279

Nigeriyada silahlı şəxslər şənbə günü axşam saatlarında məsciddə 10-dan çox müsəlman dindarı qətlə yetirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, silahlılar motosikletlərlə məscidə yaxınlaşıb, onlar namaz qılan hər kəsə atəş açıblar. Hadisə nəticəsində azı 12 nəfər həyatını itirib.

Bildirilib ki, hücum zamanı silahlılar bir neçə nəfəri məsciddən qaçırıblar.