İrana məxsus yük maşını Zəngəzurda aşdı

 21:35 04.12.2022     334

Dekabrın 3-də Zəngəzur bölgəsində İrana məxsus yük maşını aşıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın "Shamshyan" saytı məlumat yayıb.

Bildirilib ki, İran dövlət nömrə nişanlı bitum daşıyan yük maşını pis hava şəraiti (duman) səbəbindən Qafan-İrəvan yolunun 19-cu kilometrlik hissəsində hərəkət zolağından çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə zamanı insan tələfatı olmayıb.