“İran sanksiyalara və Rusiyaya yardımına görə “qapalı dairəyə” düşüb” - ABŞ-ın xüsusi nümayəndəsi

 23:59 04.12.2022     272

İran hakimiyyətinin hərəkətləri ona gətirib çıxarıb ki, o, öz xalqı və beynəlxalq ictimaiyyətlə əlaqəsinin kəsildiyi “qapalı dairəyə” düşüb.

Redaktor.az xəbər verir ki.Bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Rob Melli deyib.

“İran etirazları nə qədər yatırırsa, sanksiyalar da bir o qədər çoxalır. Sanksiyalar nə qədər çoxalırsa, İran da özünü bir o qədər təcrid olunmuş hiss edir. Onlar özlərini nə qədər təcrid olunmuş hiss edirsə, bir o qədər də Rusiyaya üz tuturlar. Rusiyaya nə qədər çox müraciət edirlərsə, bir o qədər də sanksiyalar tətbiq olunur. Beləliklə, də “qapalı dövrələr” hazırda öz-özünü gücləndirir”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ əsas diqqətini İrandakı etirazlara və Rusiyaya silah tədarükünə yönəldir. “Çünki məhz bu sahələrdə vəziyyəti dəyişmək lazımdır”, - deyə Melli vurğulayıb.