Bu ölkədə avtobuslarda gediş pulsuz olacaq

 09:31 05.12.2022     225

İspaniyada uzun məsafəli avtobus marşrutları 2023-cü il yanvarın 1-dən etibarən pulsuz olacaq.

Redaktor.az xəbər verir ki, ölkə hökumətindən artıq müntəzəm sərnişinlər üçün pulsuz dəmir yolu səyahəti mexanizmi işləyib hazırlanıb və indi oxşar sxem ölkədə avtobus nəqliyyatına da şamil edilməli  olduğu bildirilib.

Məlumata görə, 2023-cü il yanvarın 1-dən etibarən xüsusi gediş kartlarına sahib olacaq sərnişinlər avtobuslarla uzaq məsafələrə pulsuz səyahət edə biləcəklər.

Proqram çərçivəsində İspaniyada ümumilikdə 79 avtobus marşrutu pulsuz işləyəcək.