Rusiya Polşada Ukrayna ilə bağlı yeni dezinformasiya kampaniyasına başlayıb

 10:25 05.12.2022     253

Rusiya üçün hazırda prioritet Qərbin Ukraynaya yardımını dayandırmaqdır.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, Polşada son günlər polyaklar arasında Ukraynaya kömək etmək istəməməsi təhrikinə yönəlmiş informasiya kampaniyası intensivləşib.

Polşa xüsusi xidmət orqanlarının koordinatoru Stanislav Jarin ofisinin nümayəndəsinin sözlərinə görə, rusiyalı təbliğatçılar ukraynalıların guya Polşa cəmiyyətinə təhlükə yaratdığı tezisini təbliğ edirlər.

"Bu fəaliyyət çərçivəsində biz həmçinin ukraynalıların Polşada olması barədə yalanların yayılması, müəyyən hadisələrin şəraiti ilə manipulyasiya və ya dezinformasiyalar yaymaq cəhdlərini müəyyən edirik. Aşkar görürük ki, burda əsas məqsəd polyakları Ukraynanı dəstəkləməkdən imtina etməyə inandırmaqdır.", - deyə Jarin qeyd edib.

Həmidə İbrahimova