Ruslar mülki əhalini raketlə vurdu - ölən və yaralananlar var

 10:24 05.12.2022     248

Gecə saatlarında ruslar Ukraynanı Krivoy Roq istiqamətində raket atəşinə tutub.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko teleqramda bildirib. 

İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. 

"Faciəli gecə... Bir ölü, üç yaralı. Yaralılar yerli xəstəxanaya çatdırılıblar. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti orta ağır qiymətləndirilir", - deyə o vurğulayıb. 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən