İngiltərəyə uçan təyyarədə bomba HƏYƏCANI

 10:44 05.12.2022     304

İngiltərəyə uçan təyyarədə partlayıcı olduğundan şübhələnilən təyyarə Çexiya hava limanına yönləndirilib.

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, bu barədə Praqa Hava Limanının rəsmi tviter hesabında məlumat verilib.

Açıqlmaya gör, təyyarə Polşanın Krakov şəhərindən İngiltərənin Bristol şəhərinə uçurdu. 

“Təyyarə Praqa hava limanı Krakov-Bristol marşrutu ilə təhlükəsiz şəkildə eniş etdi. Sərnişinlərin və bütün hava hərəkətlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bütün tədbirlər hazırda Çexiya polisi tərəfindən həyata keçirilir”, - deyə bildirilib.

Xatırladaq ki, Praqa Hava Limanı Çexiyanın ən işlək hava limanıdır.

Nərmin VÜQARQIZI