Rusiyanın daha 540 hərbçisi, 9 PUA-sı MƏHV EDİLDİ - FOTO

 11:19 05.12.2022     294

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 91 690 (+540) nəfər canlı qüvvəsi, 2924 (+2) tank, 5900 (+8) ədəd zirehli döyüş maşını, 1914 (+6) ədəd artileriya sistemi, 395 (+0) reaktiv yaylım atəşi sistemi, 211 (+1) hava hücumundan müdafiə sistemi, 281 (+0) təyyarə, 264 (+1) helikopter, 1582 (+9) PUA, 531 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4497 (+ 18) avtomobil texnikası və avtosistern, 163 (+0) xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya ən çox itkiləri Baxmut və Lyman istiqamətlərində verib.

Nərmin VÜQARQIZI

 

2