Qərbin öz qaydalarını başqalarına tətbiq etməsi uğursuz olacaq – Mixail Mişustin
“Yeni geosiyasi reallıqda Rusiya ilə Çin arasında hərtərəfli və strateji tərəfdaşlıq böyük yaradıcı potensialını tam şəkildə ortaya qoyacaq”.
Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin çinli həmkarı Li Kesyan ilə videokonfrans görüşündə deyib.
"Qlobal dünya nizamı ciddi dəyişikliyə məruz qalır. Bəzi Qərb ölkələri qərara gəldilər ki, qeyri-qanuni iqtisadi sanksiyalardan, məhdudiyyətlərdən və siyasi təzyiqlərdən istifadə edərək, öz hakimiyyətini başqalarına tətbiq etsinlər. Bu cür cəhdlər mütləq uğursuzluğa düçar olacaq", - deyə Mişustin qeyd edib.
Həmidə İbrahimova












