Azərbaycanlı futbolçunun İrandakı restoranı və mağazası möhürləndi

 14:07 05.12.2022     340

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin restoranı və zərgərlik mağazası möhürlənib.

Redaktor.az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə yerli hökumət qərar çıxarıb.

53 yaşlı veteran hücumçu etirazçıların çağırışına dəstək olaraq mağazalarının 14 - 16 dekabrda bağlanacağını bəyan edib.

Qeyd edək ki, Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirib və bu səbəbdən onun pasportu əlindən alınıb. İran yığmasının əfsanəvi futbolçusu ölkədəki vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini də açıqlayıb. 

Daha sonra onun özü və ailəsi təhdid olunub.

Vumart və Güvən reklamı Vumart Güvən