Rusların Ukraynaya atdığı raket Moldovaya düşdü

 18:30 05.12.2022     251

Moldovanın Briçeni şəhəri yaxınlığında raket düşüb. O, Rusiyanın Ukraynaya raket hücumu zamanı patrul xidmətini gücləndirən sərhəd polisi tərəfindən tapılıb.

Redaktor.az xəbər verir ki, Moldova Daxili İşlər Nazirliyinin məlumatına görə, raket meyvə bağında tapılıb.

"Raketin tapıldığı ərazi polis və sərhədçilər tərəfindən təcrid olunub. Hadisə yerində Daxili İşlər Nazirliyinin mütəxəssisləri və istehkamçılar gözlənilir", - məlumatda deyilir.

Moldova Daxili İşlər Nazirliyi raketin növü və onun ölkə ərazisinə düşməsinin şərtləri ilə bağlı əlavə məlumat verməyib.

Tunar Altunbay