Krımla qurudan etibarlı əlaqə təmin edilməlidir - Putin

 19:11 05.12.2022     432

"Quru yolu ilə Krımla etibarlı əlaqəni təmin etmək lazımdır".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünü ziyarət edərkən bildirib.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putin körpüdə işləyən işçilərlə də qısa söhbət edib.

"Rəsmi Kiyevdən Krım körpüsünə və əlaqədar infrastruktura qarşı mümkün yeni hücumlar barədə səslənən davamlı təhdidlər fonunda Putin Krımı Rusiya ilə birləşdirən quru yolun əhəmiyyətini vurğulayıb", - deyə Kreml sözçüsü əlavə edib.

Turan İSMAYIL