Monqollar "ayağa qalxdı"

 19:44 05.12.2022     320

Monqolustanın paytaxtı Ulan-Batorda “kömür işi” ilə bağlı kütləvi etirazlar başlayıb.

Redaktor.az xəbər verir ki, etirazlarla bağlı məlumatı Mərkəzi Asiya, ABŞ-ın Monqolustandakı səfirliyi və Rusiya mediası paylaşıb.

Dekabrın 4-də  Paytaxt sakinləri Sux-Bator meydanına toplaşaraq Hökümət Sarayına yürüş etmək istəyib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qarşısı alınıb.

Bu gün, aksiya yenidən təkrarlanıb. Rusiya mətbuatının məlumatına görə, etirazçılar Hökumət Sarayına soxulmağa çalışıb və təhlükəsizlik qüvvələri ilə toqquşmaya başlayıblar. İlkin məlumata görə, Sarayın mühafizə xidmətinin dörd əməkdaşı və iki etirazçı yaralanıb.

İnsanların etirazına səbəb 12 milyardlıq kömürdür. Bu yaxınlarda yerli medoada Monqolustandan ixrac ediləndən daha az məhsul Çinə gəlib.

Rəsmi Ulan-Bator hökumətin fövqəladə iclasını çağırıb və iki həftə ərzində oğurluğa görə məsuliyyət daşıyanlarla məşğul olacağına söz verib. Eyni zamanda etirazçılar “hakimiyyətin korrupsiyasının üzə çıxarılması və oğruların adlarının hallandırılması” tələblərini davam etdirirlər.

"Eagle" telekanalının məlumatına görə, Ulan-Bator qubernatoru insanları zorla dağıtmaq barədə sərəncam verib. Amma etirazçılar artıq heç yerə getməyəcəklərini bəyan ediblər.

Tunar Altunbay