Pentaqon Moldovaya düşən raketlə bağlı gözləmə mövqeyindədir

 20:10 05.12.2022     221

ABŞ Müdafiə Nazirliyi Moldovanın şimalında, Ukrayna ilə sərhədə yaxın ərazidə partlamamış raket aşkarlanması ilə bağlı xəbərlərə hələlik münasibət bildirməyib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Lütfən, sualınızı Moldova və ya Ukrayna rəsmilərinə tərəflərinə yönləndirin",- deyə Pentaqonun sözçüsü polkovnik-leytenant Qarron Qurn bazar ertəsi hadisə ilə bağlı məlumatı şərh edərkən deyib.

Qeyd edək ki, Briçeni şəhəri yaxınlığında, bağda raketlərin tapılması barədə məlumatı Moldova Daxili İşlər Nazirliyi yayıb.

Nazirlik raketin bazar ertəsi Ukrayna ərazisinə endirilən zərbələr zamanı düşdüyünü güman edir. Qəza yeri mühasirəyə alınıb və istehkamçılar çağırılıb.

Tunar Altunbay