Estoniya Rusiya ilə sərhəddə 15 radar yerləşdirəcək

 20:45 05.12.2022     360

Estoniya Rusiya ilə sərhəddə pilotsuz uçuş aparatlarının (PUA) monitorinqi sistemini quracaq və İda-Virumaa mahalında 15 radar yerləşdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Estoniyanın “Postimees” qəzeti məlumat yayıb.

“Bu günə qədər Narva vilayətində Rusiya ilə çay sərhədinin təxminən 70%-i monitorinq avadanlığı ilə təchiz olunub, lakin bu kifayət deyil. Bu, sərhədçilərə sərhəd zonasında baş verənlər barədə tam məlumat almağa imkan vermir. Yaxın illərdə Polis və Sərhəd Mühafizə Departamenti sərhəd bölgəsi olan İda-Virumaada 15 yeni radar mövqeyi qurmağı və PUA-ların aşkarlanması və zərərsizləşdirilməsi üçün ayrıca sistem yaratmağı planlaşdırır”, - nəşr İda sərhəd prefekturasının əməliyyat rəhbəri Tarvo Kruupadan sitat gətirib.