Azyaşlıları koronavirusdan ölməkdən qoruyan peyvənd HAZIRLANDI

 01:23 06.12.2022     293

Virusun variantından asılı olmayaraq uşaqları və yeniyetmələri ölümdən effektiv şəkildə qoruyan peyvənd kəşf olunub.

Redaktor.az xəbər verir ki,  Argentina Səhiyyə Nazirliyinin apardığı araşdırma aparılıb. Peyvənd 3-17 yaş aralığında 844 min 460 uşaq və yeniyetmə üzərində sınaqdan keçiriləndən sonra təsdiq olunub.

Nəticələr göstərib ki, COVID-19 infeksiyasına qarşı peyvəndin təxmin edilən effektivliyi "Delta" dövründə uşaqlarda 61, yeniyetmələrdə 6, "Omisron" dövründə isə müvafiq olaraq 16 və 26 faiz təşkil edib.

Qeyd olunur ki, infeksiyadan qorunmanın effektivliyinin az olmasına baxmayaraq, peyvənd hələ də uşaqları koronavirus səbəbilə ölməkdən qoruyur (The BMJ) .