ABŞ Ukraynaya kələk gəldi - HIMARS saxtakarlığı

 22:58 05.12.2022     245

ABŞ Ukrayna rəhbərliyindən gizli HIMARS raket sistemlərinin atəş məsafəsini azaldıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri Ağ Evdəki mənbələrə istinadən yazır.

Qeyd olunur ki, amerikalılar atəş məsafəsini azaltmaq üçün HIMARS raket sistemlərini dəyişdirib. Bu, Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı hədəfləri vurmaq üçün reaktiv sistemlərdən istifadə edə bilməməsi üçün edilib, 

Pentaqonun, Ağ Evin və Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri WSJ-nin məlumatlarını şərh etməkdən imtina ediblər.