Şahzadədən kral ailəsinə ittiham: "Çirkli oyun oynayır"

 11:50 06.12.2022     247

“İngiltərə kral ailəsi hekayələr sızdırmaqla çirkli oyun oynayır”.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Böyük Britaniya şəhzadəsi Şahzadə Harri deyib.

Məlumata görə, şahzadə Britaniyanın kral ailəsinin mütəmadi olaraq bir-biri haqqında hekayələr sızdırdığını, onun və həyat yoldaşı Meqan haqqında çoxdan gözlənilən “Netflix” sənədli serialı üçün yayımlanan yeni treylerdə bunu çirkli oyun adlandırdığını deyib.

Xatırladaq ki, Şahzadə Harri və həyat yoldaşı Meqan iki il öncə kraliyyət ailəsini tərk edib.

Həmidə İbrahimova