İranda molla rejimi geri çəkildi - Həbs edilən 1200 etirazçı buraxıldı

 13:23 06.12.2022     302

İranın ədliyyə orqanı rəhbəri Qulamhüseyn Möhsini Ejeyinin sərəncamından sonra etirazlar zamanı həbs edilən 1200 nəfər azadlığa buraxılıb.

Redaktor.az xəbər verir ki, bunu İranın ədliyyə orqanının sözçüsü Məsud Setayişi deyib.

O, etirazlar zamanı 200 nəfərdən çox şəxsin öldüyünü bildirib.

Setayişi həmçinin, etirazlar zamanı qətlə yetirilən “Bəsic” üzvü Ruhullah Əcimyanın işi üzrə 5 nəfər haqqında edam hökmü çıxarıldığını bildirib.

Onun sözlərinə görə, bu iş üzrə daha 11 nəfər haqqında uzun müddətli həbs qərarı çıxarılıb. Həbsə məhkum olunanlar arasında yeniyetmələr də var (apa).

Vumart və Güvən reklamı Vumart Güvən