Rusiyanın daha 510 hərbçisi, 61 qanadlı raketi MƏHV EDİLDİ - FOTO
Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 92200 (+510) nəfər canlı qüvvəsi, 2929 (+5) tank, 5905 (+5) ədəd zirehli döyüş maşını, 1915 (+1) ədəd artileriya sistemi, 395 (+0) reaktiv yaylım atəşi sistemi, 211 (+0) hava hücumundan müdafiə sistemi, 281 (+0) təyyarə, 264 (+0) helikopter, 1587 (+7) PUA, 597 (+61) qanadlı raket, 16 (+0) gəmi, 4507 (+ 18) avtomobil texnikası və avtosistern, 163 (+0) xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya ən çox itkiləri Baxmut və Lyman istiqamətlərində verib.
İLTİFAT













