“Türk Ulduzlar"ın təyyarəsi qəzaya uğradı

 15:03 06.12.2022     301

Türkiyənin Konya şəhərində “Türk Ulduzları”na məxsus F-5 tipli təyyarə qəzaya uğrayıb.

Redaktor.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata görə, buna səbəb təyyarənin quşla toqquşmasıdır.

Qeyd olunub ki, təyyarənin pilotu qəzadan xilas olub və xəstəxanaya yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən