Macarıstan Ukraynaya yardıma qoyduğu vetodan geri çəkilmədi

 16:31 06.12.2022     398

Macarıstan Avropa İttifaqının Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımı paketinin ayrılmasına veto qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə "UNİAN" məlumat yayıb.

"Gözlənildiyi kimi - bu gün Brüsseldə Aİ maliyyə nazirlərinin görüşündə Ukrayna üçün 18 milyard avroya yaşıl işıq yanmadı. Macarıstan hələ də öz maliyyəsini təmin etmək üçün vetodan əl çəkməyib", - "Azadlıq" radiosunun jurnalisti Rikard bildirib.Yozviak Twitter-də paylaşımında qeyd edib.

O, əlavə edib ki, danışıqlar çox emosional keçib,  müzakirələrdə hamı Budapeşti tənqid edib, lakin bu, nəticə verməyib.

Tunar Altunbay