Daha bir firma Rusiyadakı bütün mağazalarını bağlayır
Dünyaca məhşur brend H&M Rusiyadakı bütün mağazaları bağlayır.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə firmanın İsveçdə yerləşən geyim və aksesuar pərakəndə satış şirkətinin mətbuat xidmətindən məlumat verilib.
"H&M Group-un Rusiyadakı bütün mağazaları bağlanıb", - deyə mətbuat xidməti bildirib.
Qeyd edək ki, 2009-cu ildən Rusiyada fəaliyyət göstərən H&M daha əvvəl ölkədəki fəaliyyətini mərhələli şəkildə dayandırmaq qərarını açıqlamışdı. Noyabrın 30-da Moskvanın mərkəzindəki flaqman mağaza bağlanıb.
Həmidə İbrahimova